Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran Ermənistan üçün həyat nəfəsliyi rolunu oynayır

İran Ermənistan üçün həyat nəfəsliyi rolunu oynayır


İranın ənənəvi ikibaşlı oyunu davam edir. Daim Azərbaycanın inkişafı, regionda önəmli mövqeyə sahib olub güc mərkəzinə çevrilməsini qəbul edə bilməyən İran Ermənistana dəstək nümayiş etdirməklə buna nail olmağa çalışıb. Tehranın bu siyasəti hazırda da davam edir.

Newscenter.az-ın xəbərinə görə, politoloq Yusif Bağırzadə deyib ki, İranın ötən 30 ildə işğalçı Ermənistan üçün həyat nəfəsliyi rolunu oynadığı hər kəsə bəllidir:

"Səbəb Ermənistan və İranın türk düşmənçiliyi baxımından eyni mövqedən çıxış etməsidir. Türk birliyi xofu ilə yaşayan İran üçün Ermənistan həmişə bir vasitə olub və bütün mümkün imkanalrı ilə də onu dəstəkləyib. İndinin özündə də bu dəstək davam edir və Hindistandan Ermənistana göndərilən silahların məhz İran ərazisindən keçməklə çatdırılması da bunun bariz sübutudur".

Politoloq deyib ki, Azərbaycan-İsrail münasibətlərinə hər zaman kəskin reaksiya verən İran, öz sərhədlərində ABŞ-Ermənistan hərbi təlimlərinə də, Avropa İttifaqının mülki missiyası adı altında regiona yerləşdirilən kəşfiyyat qruplarına da və Ermənistanın bölgəyə Qərb hərbi kontingentini gətirmək niyyətlərinə də faktiki olaraq səssiz qalır. Ayrı-ayrı şəxslər tərəfindən irad bildirilsə də bu sadəcə quru bəyanatlardan o yana keçmir:

"İranın bu səssizliyi və Qərbin regiona yerləşməsi imkanları fonunda Ermənistana sərmayə qoyması, İran iş adamlarının Ermənistanla böyük həcmli müqavilələr imzalaması ortada gizli sövdələşmənin olduğunu deməyə əsas verir.

Məsələ burasındadır ki, Tehranın Avropadan hələlik yeganə istəyi neft satışını bərpa etmək və maliyyə blokdasından çıxmaqdır. İranın Fransa ilə bu istiqamətdə intensive danışıqlar apardığına dair məlumatlar var. Ümumiyyətlə Qərb koalisiyasının sərt məhdudiyyətlərindən kənarda Fransanın İrana yönəlik siyasətində müəyyən mərkəzdənqaçma meyillərinin olduğu heç kimə sir deyil. Bu da səbəbsiz deyil. Fransa Qərb koalisiyasının monolitliyini pozaraq İranla məhdud sövdələşmələrə getməklə, bu ölkənin ətrafında çəkilən sanksiya çəpərini daraltmağa çalışmaqla, əslində ilk növbədə özünün bəzi siyasi, iqtisadi və regional maraqlarını nəzərə alır".

Yusif Bağırzadə, "Bu yeni bir şey deyil. Hələ 2019-cu ildə, yəni İrana qarşı sərt sanksiyaların ən pik vaxtında Makron Fransada keçirilən G-7 sammitinə İranın o zamankı Xarici İşlər Naziri Cavad Zərifi də dəvət etmişdi. O zaman İranın G-7 sammitinə qatılması siyasət gündəminin əsas hadisəsinə çevrilsə də, müəyyən narazılıqlar olsa da Makron İranla bağlı iddialı addımlarından, hətta İran üçün neft satışı ilə bağlı yumşalmaalara gedilməsinin vacibliyi ilə bağlı fikirlərindən geri çəkilmədi.

İndi də Fransa lisenziyası ilə istehsal olunan Hindistan silah və texnikasının İran vasitəsilə Ermənistana çatdırılması Fransa-İran və Ermənistan arasında konkret sövdələşmələrin olduğunu deməyə əsas verir",-deyə söyləyib.

Süleyman
Xəbəri paylaş