![Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb](/uploads/posts/2024-04/71490bb4-c851-3c85-9024-a2e2905d46c4_850_jfif.jpg)
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şahhüseynli kənd sakini Asif Eminov saxlanılıb.
Bu barədə Newscenter.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Məlumata görə, həmin şəxsdən narkotik vasitə olan heroin aşkarlanıb.
Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanıb, A.Eminov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Mehman Mehdiyev