İsrailə səfər edən ABŞ dövlət katibi
Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin İsrailə səfəri zamanı işlətdiyi ifadələr Fələstində etirazla qarşılanıb.
Newscenter.az xarici mediaya istinadən xəbər verir ki, Blinken Qəzzanın dinc sakinlərinin əzab çəkməsində HƏMAS-ı günahlandırıb.
Blinken həmçinin, İsraildə ölkə prezidenti Yitzhak Herzog ilə görüşdə girovlarla bağlı razılığa gələ bilməməkdə HƏMAS-ı günahlandırıb.
Blinkenin fikrincə, razılaşmanın əldə olunmamasının yeganə səbəbi HƏMAS-dır. Dövlət katibinin son vaxtlar İsrail siyasətini tənqid etməsindən fərqli olaraq, o, indi Qəzzada dinc əhalinin əziyyət çəkməsində HƏMAS-ı günahlandırıb.
Mehman Mehdiyev