Türkiyədən Afrika ölkələrinə ixracat bu ilin 4 ayında 6 milyard dollara çatıb. Bu da keçən ilin göstəricisi ilə müqayisədə 2 faiz artıqdır.
Newscenter.az Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən bildirir ki, 2005-ci ildən qitədəki türk sərmayələrinin bazar dəyəri 10 milyard dolları keçib.
Yanvar-aprel dövründə Afrika ölkələrinə ixracın ümumi ixracda payı 7,2 faiz təyin olunarkən, Afrika ölkələri Türkiyənin bu dövrdə ölkə əsasında ən çox ixrac etdiyi 12 ölkə qrupu arasında 5-ci yerdə qərarlaşıb.
İlin 4 ayında Türkiyədən Avropa Birliyi ölkələrinə 31,6 milyard dollar, Yaxın Şərq ölkələrinə 9,7 milyard dollar, Müstəqil Dövlətlər Birliyinə 7 milyard, digər Avropa ölkələrinə 6,7 milyard dollarlıq mal ixrac edilib.
Yanvar-aprel dövründə Türkiyənin Afrika qitəsində ən çox ixrac etdiyi ölkələr 1,1 milyard dollarla Misir, 982,7 milyon dollarla Mərakeş, 766,5 milyon dollarla Əlcəzair, 669,5 milyon dollarla Liviya, 325,1 milyon dollarla Tunis olub. .
İxrac artımında birinci yeri Misir, Mərakeş və Əlcəzair tutur.
Natiq Orucov