"Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsi daha bir tarixi hadisə, daha bir tarixi uğurdur. Bu uğurlara Azərbaycan onun güclü siyasi lideri, Cənab Prezident İlham Əliyevin sayəsində nail olur".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, bu proses Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını daha da yaxınlaşdırır:
"Artıq demək olar ki, tərəflər arasında elə də ciddi problem qalmayıb. Delimitasiya və demarkasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən olunub. Bu da onu deməyə əsas verir ki, sülh müqaviləsi üçün indi daha yaxşı əlverişli şərait yaranıb".
Arzuman Muradlı qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra işğal altında qalan 3 rayonumuzu bir güllə atmadan belə azad edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Qazaxın 4 kəndinin də nəzarətimiz altına alınması ilə növbəti qələbəyə, uğura imza atmış oldu.
Süleyman