Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Siyasi Lideri yenidən tarixi uğura imza atdı

Azərbaycanın Siyasi Lideri yenidən tarixi uğura imza atdı


"Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb və bu qürurverici hadisə olduqca mühüm tarixi-siyasi uğur kimi qiymətləndirilə bilər. Bu, Ali Baş Komandan İlham Əliyevin növbəti qələbəsidir. 44 günlük müharibədə 3 rayonu dinc yolla işğaldan azad edən Azərbaycanın Siyasi Lideri 4 kəndi sülh yoluyla azad etməklə yenidən tarixi uğura imza atdı".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. O bildirib ki, artıq delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib və bu, Qazaxın tarixi torpaqlarında dövlət sərhədinin cızılması deməkdir, yeni siyasi sülh mühitinin möhkəm bünövrələrinin atılması hesab oluna bilər:

"Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası səkkizinci görüşündə Qazağın 4 kəndinin Azərbaycana qaytarılmasına dair razılıq əldə edilmişdi. Bu müsbət və irəliyə doğru sürətlənən sülh danışıqlarının növbəti raundu kimi mayın 15-də Azərbaycan Respublikası və Ermənistan arasında sərhəddə komissiyaların növbəti - 9-cu görüşü keçirilməklə müvafiq Protokolu imzalanmdı. Bununla da kəndlərin geri qaytarılmasını bütün texniki təfərrüatları razılaşdırıldı.

Sözsüz ki, bu tarixi razılaşmalarda Ermənistanın dövlət başçısı Paşinyanın sülhə doğru danışıqlarda cəsarətli siyasi iradə nümayiş etdirməsini də müsbət qiymətləndirmək lazımdır".

Vaqif Abdullayev qeyd edib ki, Ermənistan hakimiyyətinin kompromislərə açıq olmasının və sülh masasına oturmasının birbaşa səbəbi Cənab İlham Əliyevin regional diplomatik məharəti, qarşı tərəfi loyallaşdırmaq istedadıdır:

"Məsələ ondadır ki, aprelin 19-dan indiyə qədər olan dövr ərzində xaricdəki erməni lobbisi, o cümlədən Fransa Ermənistandakı revanşist qüvvələri keşiş Baqratın ətrafına cəmləyərək kilsə adından ümümxalq etirazları yaratmağa cəhd edirdi və çalışırdı ki, bu sülh prosesi pozulsun, Azərbaycanın həmin kəndləri geri qaytarılmasın. Keşiş Baqratın Tavuş bölgəsinə etiraz yürüşləri və Ermənistandakı 5-10 min revanşisti ayağa qaldırmağa xidmət edirdi və heç bir nəticəsi olmadı".

Vaqif Abdullayevin sözlərinə görə, kəndlərimizin geri qaytarılması həm də Ermənistanda din-kilsə amilindən istifadə edərək Paşinyan hakimiyyətinə qarşı yeni koalisiya yaratmaq, hakimiyyətə gəlmək istəyən qüvvələrin həm də planlarının alt-üst olduğunu, erməni cəmiyyətinin onlara heç bir etimad göstərmədiyini də təsdiqləmiş olur:

"Beləliklə, bölgədə yeni sülh günəşi doğur, şübhə yoxdur ki, digər kəndlərimiz də geri qaytarılacaq, yaxın vaxtlarda Paşinyan Zəngəzur dəhlizinin açılmasına da imza atılacaq.
Ermənistan Türkiyə ilə normal qonşuluq əlaqələrinin qurulması üçün də Ankaranın şərtlərini qəbul edəcək. Bu, Ermənistanı 100 ildir ki, dalanda saxlayan özünütəcriddən xilas edəcək".

Anar Əliyev
Xəbəri paylaş