Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir ay ərzində 14 minə yaxın avtomobil istehsal edilib

Bir ay ərzində 14 minə yaxın avtomobil istehsal edilib


Qazaxıstanda bir ay ərzində 14 minə yaxın təkərli avtomobil istehsal edilib.

Newscenter.az "Sputnik Qazaxıstan"-a istinadən xəbər verir ki, 2024-cü ilin aprelində Qazaxıstandakı zavodlarda 13 873 təkərli avtomobil istehsal edilib. 2023-cü ilin aprel ayı ilə müqayisədə minik avtomobillərinin istehsalı 10,5 faiz artıb.

Ümumilikdə yanvar-aprel aylarında respublika üzrə 47 min maşın istehsal edilib.

Ötən ilin eyni dövründə bu rəqəm 44,7 ədəd olub. Təkərli maşınların istehsalı bir ildə 4,9 faiz artıb.


Qeyd edək ki, hazırda Qazaxıstanda iki yeni zavodun tikintisi davam edir. Biri Almatıda (Chery, GWM və Changan), digəri isə Kostanayda (Kia) yerləşir. İki istehsalat işə salınarsa, 7,3 min əlavə iş yeri yaranacaq.

Natiq Orucov
Xəbəri paylaş