Cari ilin 4 ayında Türkiyə 12,6 milyon ziyarətçi qəbul edib.
Newscenter.az Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, bu müddət ərzində Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr arasında Almaniya birinci olub. Bu ölkədən Türkiyəyə səfər edənlərin sayı 1 milyon 122 min 930 nəfər təşkil edib. İkinci yerdə 1 milyon 78 min 294 ziyarətçi ilə Rusiya qərarlaşıb. İran isə 946 min 437 ziyarətçi ilə üçüncü olub.
2024-cü ilin yanvar-aprel dövrünə aid məlumatına görə, Türkiyəyə gələn ziyarətçilərin 10 milyon 654 min 94-ü əcnəbi olub. Ölkəyə gələnlərin 2 milyon 24 min 865 nəfəri isə Türkiyə vətəndaşı olub. Beləliklə, ziyarətçilərin ümumi sayı 12 milyon 678 min 959-a çatıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ziyarətçilərin sayında 11,75 faiz artım qeydə alınıb.
Natiq Orucov