Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanla ABŞ arasında siyasi böhran dərinləşir

Gürcüstanla ABŞ arasında siyasi böhran dərinləşir


Qərbin, Birləşmiş Ştatların Gürcüstandakı proseslərə müdaxilə etməsi tərəflər arasında gərginliyi daha da artırır. Bir müddət əvvəl Qərbmeylli siyasət yürüdən Gürcüstan, indi Qərbin hədələri ilə üz-üzədir.

Newscenter.az-ın xəbərinə göre, baş verənləri diqqət çəkən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Gürcü Arzusu partiyasının "Xarici agentlər qanunun" qəbul etməsi, Qərblə Tiflis arasında siyasi əlaqələrə zərbə vurub:

"Brüsselin Gürcüstanı Avropa İttifaqına namizədlik statusu verdikdən sonra hakimiyyətin belə bir qanunu qəbul etməsi Qərblə əməkdaşlıqda ciddi maraqlı olmadığını göstərir. Ümumiyyətlə, Gürcü Arzusu partiyası bu qanunu qəbul etməklə, Qərblə məsafəli siyasətin aparılmasında və uzun müddət Gürcüstanda hakimiyyətdə qalmağı hədəfləyir".

Politoloq deyib ki, ABŞ Gürcüstana viza rejimi tətbiq edir:

"Oktyabrda keçiriləcək seçkilərdə "Gürcü Arzusu" yenidən hakimiyyətdə qalarsa, Aİ namizəd statusunu ləğv edə bilər. Gürcüstan hakimiyyəti 20 illik oturuşmuş siyasi sistemi dəyişib, Avropa İttifaqı və ABŞ -la əlaqələri aşağı səviyyəyə salıb. Bu dəyişikliklərin memarı oliqarx və "Boz kardinal" Bidzina İvanaşvilidir. Gürcüstan hakimiyyətinin belə bir qanunu qəbul etməsinin Qərblə münasibətlərin kəskinləşməsinə gətirib çıxaracağını gözləyirdi. Bununla. Qərblə əlaqələri aşağı səviyyəyə salmaq regional siyasəti davam etdirməklə, hakimiyyətini uzun müddət qorumaqdir".

Süleyman
Xəbəri paylaş