"Ermənistanda uzun müddətdir ki, bunun qarşısını almaq üçün aksiyalar təşkil edilir. Ancaq Nikol Paşinyan və hökumətinin mövqeyinə baxdıqda aydın olur ki, onlar sülh müqaviləsində maraqlıdırlar".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev Ermənistanda Azərbaycanla sülh müqaviləsinin əleyhinə keçirilən aksiyaları şərh edərkən səsləndirib. O bildirib ki, Azərbaycan noyabr ayında keçiriləcək COP 29 tədbirinə qədər Ermənistanla sülh müqaviləsini bağlamaq niyyətini ifadə edib:
"Qalıb Ermənistan tərəfinin səmimi davranışı. Artıq əsas məsələlər həll edilib, delimitasiya prossesi uğurlu gedir, Qazaxın 4 kəndi qaytarıldı, bu məsələlər öz həllini tapdıqdan sonra artıq sülh müqaviləsi ilə bağlı rahat şəkildə danışa bilərik".
Zeynal Əmərliyev deyib ki, hazırda Azərbaycan və Ermənistan arasında elə bir problem qalmayıb:
"Sülh müqaviləsi üçün münbit şərait var. Əsas məsələ Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurd - yuvasına qaytarılması, həmçinin Zəngəzur dəhlizi ilə bağlı məsələlərdir ki, bunlar da həll olunacaq məsələlərdir. Mitinqlərə az insanların gəlməsi erməni xalqının revanşistlərə dəstək vermədiyini göstərdi. Ermənistan xarici təhdidlərə boyun əyməsə ilin sonuna, daha doğrusu COP 29 tədbirinə qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər".
Süleyman