Şuşa şəhərindən olan keçmiş məcburi köçkünlər doğma yurda qayıdırlar. Bu il mayın 14-də şəhərə köçürülmüş sakinlər sevinc hissi keçirir, ilk təəssüratlarını bölüşürlər.
Newscenter.az xəbər verir ki, onlar burada yaradılmış şəraitdən məmnundurlar, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, qüdrətli Azərbaycan Ordusuna, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçmiş şəhidlərə, fədakar qazilərə minnətdar olduqlarını bildiriblər.
Xatırladaq ki, indiyədək Şuşa şəhərinə, ümumilikdə, 58 ailə köçürülüb.
Süleyman