Gürcüstan baş naziri İrakli Kobaxidzenin "Qərb Gürcüstanda Rusiya qarşı cəbhə açmaq istəyir", "Avropa İttifaqı məni təhdid edir" kimi açıqlaması Qərb Rusiya qarşıdurmasının Gürcüstan meydanında artıq həlledici sonluğunu göstərir. Əlbəttə ki, baş nazir Kobaxidzenin qeyd olunan açıqlaması həqiqəti əks etdirmir.
Əvvəla, xatırladaq ki, Gürcüstanda nümayəndəlik funksiyasını yerinə yetirən prezident Salome Zurabişvili Qərbin, ölkənin faktiki rəhbəri İrakli Kobaxidze isə İvanaşvilinin gətirdiyi, sözsüz ki, Rusiya aid fiqurdur. Salome Zurabişvili - İrakli Kobaxidzenin açıq forma almış qarşıdurması faktiki ölkədə bir-birini qəbul etməyən ikitirəlik yaradıb hansı ki, aş nazirin tələb və istəyi ilə Salome Zurabişvilinin impiçment məsələsidə Gürcüstan parlamentində də baxılıb. Dövlətin bu iki əsas fiqurunun bir-biri ilə acıq mübarizəsi, mübahisəsiz Qərb-Rusiya mübarizəsinin aparıcıları-icraçılarıdır. Gürcüstanda mitinq və ixtişaşlara səbəb olan "Rusiya qanunu" adlandırılan qanunun müəllifi məhz Kobaxidze kabinetidir.
Odur ki, Kobaxidzenin "Qərb Gürcüstanda Rusiya qarşı cəbhə açmaq istəyir", "Avropa İttifaqı məni təhdid edir" kimi açıqlaması Rusiyanın Gürcüstan meydanında Qərbin üzərinə həlledici hücumudur. Məlumdur ki, 2008-ci Rusiya - Gürcüstan müharibəsindən sonra Gürcüstan içtimayəti, gürcü xalqı Rusiyanı heç bir halda qəbul etmir və xalqın özünün meyili Avropaya inteqrasiyadır. Təsüf ki, bu fikirləri bütünlüklə Gürcüstandakı siyasi hakimiyyətə aid etmək olmaz. Gürcü xalqının anti Rusiya mövqeyini nəzərə alaraq Gürcüstan hakimiyyəti Rusiyaya ilə açıq yaxınlıq etməyib. İrakli Kobaxidzenin Qərbə qarşı açıqlamaları məhz gürcü xalqınn antirusiya mövqeyini dəyişdirməyə hesablanıb.
Təbii ki, İrakli Kobaxidze siyasi təcrübə, potensial və imkanları na görə müstəqil siyasi fiqur deyil, Rusiyanın planlarının Gürcüstanda icraçısıdır.
Vüqar Dadaşov