ABŞ-ın hazırkı prezidenti Co Bayden qarşıdan gələn prezident seçkilərində əsas siyasi rəqibi Respublikaçı Donald Trampa uduzacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ senatoru Maykl Bennet (Koloradodan demokrat) bildirib.
O deyib ki, Donald Trump bu seçkidə qalib gəlmək yolundadır:
"Hadisələrin bu cür inkişafı ilə seçkilərin nəticələrindən sonra ABŞ Konqresinin hər iki palatasında respublikaçıların çoxluğa sahib olacağı şübhəsizdir.
Anar Əliyev