"Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" İctimai Birliyinin sədri sentyabrın 1-də ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində deputat mandatı uğrunda mübarizə aparmaq üçün namizədliyini irəli sürüb. Bu barədə məlumatı Newscenter.az-a Susana Məmmədova özü verib.
Bildirib ki, deputatlığa namizədliyini doğulub boya-başa çatdığı Neftçala rayonundan irəli sürüb:
"70 saylı Neftçala seçki dairəsindən namizədliyimi irəli sürdüm. Yəqin ki, yaxın günlərdə zəruri sənədlər yoxlanıldıqdan sonra imza vərəqələrini götürəcəm. Onu da qeyd etməliyəm 70 saylı Neftçala Dairə Seçki Komissiyası öz işini kifayət qədər yaxşı və yüksək səviyyədə təşkil edib. İstənilən namizədin hansısa məsələdə məlumatsızlığı olarsa, ona zəruri maarifləndirici xarakter daşıyan bilgilər verilir".
Susana Məmmədova əmin olduğunu bildirib ki, seçkinin bütün mərhələlərini uğurla başa vurub neftçalalıların layiqli namizədinə çevriləcək.
Nərgiz Əzizova