"21-ci əsr girər-girməz Ən Yeni Maltus nəzəriyyəsi tərəfdarları əllərində olan gücdən fəal istifadə etməyə başladı. Quş qripi, donuz qripi, ebola və s.. Carona 19 virusunun hazırlanıb pandemiyaya çevrilməsi isə xeyli vaxt aldı. Əvvəlcə Dubaydan onun 2005-ci ildə ilk sədası gəlsə də yalnız 2019 - cu ildə pandemiyaya çevirlməsi baş tutdu. Maraqlıdır ki, bütün fəlakətlərin və mühariblərin ssenarisi ABŞ da Hollivud filmlərində fantastik film kimi əvvəlcə çəkilib səhnələşdirilərək sanki insanları xəbərdar edirdilər".
Newscenter.az xəbər verir ki, bunu tarixçi Rəfail Eminov səsləndirib. O bildirib ki, yenidən belə filmlər və xəbərdarlıqlar dolaşmağa başlayıb:
"Yeni, daha dəhşətli sonucları olan virus yayılacaq. Bəs nə qədər realdır belə xəbərlər? Əvvəlki illərin təcrübəsini nəzərdən keçirəndə həmin xəbərləri yayan və filmləri ekranlaşdırılan qüvvələrin yaydığı informasiyanın doğru çıxacağına şübhə qalmır. Onların fikrincə Çin, Hindistan və Şərq ölkələrində əhali həddindən artıq sürətlə artır və bəşəriyyət 10 milyarddan artıq əhalini yedizdirə bilməyəcək. Bu məsələ 100 ildən artıqdır qızğın mübahisə predmetinə çevrilərək həmişə gündəmdə olub. Avropa xalqlarının qocalması inkişaf etməkdə olan ölkələrdə kəskin əhali artması dünyanı idarə edən Güclü Ailələri həddindən artıq narahat edir. İndoneziya və Pakistan kimi müsəlman ölkələrinin əhalisi birlikdə 500 milyonna yaxınlaşır. Hindistan 1 milyard 450 milyondan artıq əhali ilə dünyada birinci olaraq Çinlə birlikdə 3 milyar əhalini özündə cəmləşdirib.
İran əhalisi 90 milyona Türkiyə əhalisi 85 milyona çatıb. Misirdə artıq çoxdan 100 milyondan artıq əhali var. Bütün bunlar isə nə qədər güclü olsalar da dünyanın idarəsini və sərvətlərini əllərində cəmləşdirən Rokfeller və Rotşild ailələrinin əllərində cəmləşən güclü ailələr sindikatlarının gələciyinə təhdid yaradır".
Tarixçi ehtimal edir ki. yenidən dünyamızda yenidən dəhşətli pandemiya dalğası başladıla bilər:
"Çox güman ki, bu dəfə daha çox insan təlafatına gətirib çıxardı. Amma Allah heç bir zaman İblis ruhu nəfslərinə hakim olan belə qüvvələrin qələbə çalaraq Yer üzünün tanrısı olmasına izn verməyəcək".
Anar Əliyev