Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TSK Suriya və Şimali İraqda daha 15 terrorçu zərərsizləşdirdi

TSK Suriya və Şimali İraqda daha 15 terrorçu zərərsizləşdirdi


Türkiyə Silahlı Qüvvələri Suriya və Şimali İraqda daha 15 terrorçunu zərərsizləşdirib.

Newscenter.az Türkiyənin Müdafiə Nazirliyinə istinadən bildirir ki, terrorçuların qaçmaq üçün artıq heç bir yeri yoxdur və onlar üçün təhlükəsiz yer qalmayıb.

Açıqlamada, “Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qara və Pəncəli bölgələrində müəyyən etdikləri 5 PKK terrorçusunu, Suriyanın şimalında isə Fərat Qalxanı və Sülh çeşməsi bölgələrində müəyyən etdikləri 10 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Harada olurlarsa olsunlar, nə olursa olsun, türk əsgərləri terrorçuların nəfəslərini kəsməyə davam edəcək!",- deyə bildirilirb.

Mehman Mehdiyev
Xəbəri paylaş