2025-ci ilin yanvarından etibarən pensiyalar artacaq.
Newscenter.az xəbər verir ki, bu barədə Qazaxıstanın Maliyyə Nazirliyi məlumat verib. Bildirilib ki, 2025-ci ilin yanvarından etibarən minimum pensiya və minimum əmək haqqının artacağı proqnozlaşdırılır.
Beləliklə, 2025-ci ildə minimum əmək haqqının 85 min tenge, minimum pensiyanın isə 62 771 tenge (130 dollar) olacağı gözlənilir.
Bundan əlavə, yaşa və əmək stajına görə pensiya ödənişinin 8,5% artırılması nəzərdə tutulur.
Həmçinin, uşağın doğulmasına görə birdəfəlik müavinət, işsizlik müavinəti, müvəqqəti əlillik müavinəti, uşaq müavinəti və digər ödənişlərin də artacağı nəzərdə tutulur.
Nərgiz Əzizova