Qazaxıstanın SCAT aviaşirkətinə məxsus sərnişin təyyarəsini ildırım vurub.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.
Şirkətdən verilən məlumata görə, güclü ildırım vurması nəticəsində Boeing 737 təyyarəsi zədələnib. Təyyarə sərnişindaşımadan kənarlaşdırılıb. Mütəxəssislər təhlükəsizlik tələblərinə uyğun olaraq təyyarəni yoxlayır və təmir edirlər.
Bu səbəbdən aviaşirkət bu həftə 14 reysin cədvəlində dəyişiklik etmək məcburiyyətində qalıb. Sərnişinlərdən xahiş edilir ki, uçuş cədvəlini əvvəlcədən təsdiqləsinlər və SMS vasitəsilə yoxlasınlar.
Anar Əliyev