Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

HHQ-nin helikopter bölmələri şərti düşmənin yerüstü hədəflərini məhv ediblər

HHQ-nin helikopter bölmələri şərti düşmənin yerüstü hədəflərini məhv ediblər


Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə döyüş atışlı təlim keçirilib.

Müdafiə Nazirliyindən Newscenter.az-a bildirilib ki, uçuşdan əvvəl tapşırıqlar xəritə üzərində dəqiqləşdirilib, hədəf hesabatı aparılıb və şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb.

Plana uyğun olaraq, helikopter bölmələri qrup şəklində bazalanma aerodromundan uçuşlar edərək poliqonda şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

"Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib", - məlumatda vurğulanıb.



Mehman Mehdiyev
Xəbəri paylaş