Qazaxıstanda referendum (ümumxalq səsverməsi) keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"-a istinadən bildirir ki, hökumətin iclasında ölkədə AES-in tikintisi ilə bağlı referendumun keçirilməsi barədə qərar qəbul olunub.
Qərar layihəsini energetika naziri təqdim edib.
“Qazaxıstanda Atom Elektrik Stansiyasının tikintisi məsələsi üzrə referendumun keçirilməsinə təşəbbüs göstərilməsi və Qazaxıstan Respublikası Prezidentinin “Respublika referendumunun keçirilməsi haqqında” fərmanının layihəsinin təqdim edilməsi haqqında hökumət qərarının layihəsinin baxılmağa təqdim edilməsini təklif edirəm", - deyə nazirliyin təqdimatında qeyd edilir.
Yaxın günlərdə Energetika Nazirliyi sənəd layihəsini prezident administrasiyasına təqdim edəcək və dövlət başçısı referendumun tarixini açıqlayacaq.
Mehman Mehdiyev