Rusiyada müharibə veteranı sənədlərinin verilməsi asanlaşıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, notarial qaydada təsdiq edilmiş şahid ifadələri döyüş əməliyyatları haqqında şəhadətnamənin verilməsi üçün əsas ola bilər.
Rusiya Federasiyası hökuməti öz fərmanı ilə belə bir sənədin hazırlanması qaydalarına düzəlişlər etdi.
Qərarda qeyd olunduğu kimi, şəhadətnamənin verilməsi üçün sərəncam kitabçaları və ya təltif sərəncamlarından çıxarışlarla yanaşı, döyüş əməliyyatlarında iştirak faktının məhkəmə tərəfindən müəyyən edilməsi və şahidlərin notariat qaydasında təsdiq edilmiş yazılı ifadələri (əgər varsa) və ya yardımçı təşkilatın əməkdaşının döyüş əməliyyatlarında iştirakını təsdiq edən şahidlərin notarius tərəfindən dindirilməsi protokolları olmalıdır.
Anar Əliyev