Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda obyekt yanır, yolda hərəkət dayandırılıb

Bakıda obyekt yanır, yolda hərəkət dayandırılıb


Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verir.

Bu barədə Newscenter.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

“Əfsun” şadlıq sarayının yaxınlığında baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi- Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş