Göygöl rayonunda kimyəvi maddədən zəhərlənmə olub, ölənlər var.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Balçılı kəndində qeydə alınıb.
İlkin məlumata görə, beş nəfər - 4 uşaq, 1 qadın (nənələri) başlarını yuduqları mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatdan zəhərlənib. Qadın və bir uşaq hadisə yerində ölüb. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.