Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-da 'heyvan təması olmadan' ilk quş qripi virusu aşkarlanıb

ABŞ-da 'heyvan təması olmadan' ilk quş qripi virusu aşkarlanıb


Birləşmiş Ştatlarda heyvan təması olmadan ilk quş qripi halı aşkarlanıb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) paylaşıb.

Lakin bu dəfə səhiyyə işçiləri həmin şəxsin yüksək patogenli quş qripi virusuna (HPAIV) necə yoluxduğunu müəyyən edə bilməyiblər.

Sağalmış xəstə bu il ABŞ-da quş qripinə yoluxan 14-cü şəxs oldu və heyvanla birbaşa təmasda olmayan ilk hal kimi qeydə alındı.

Qeyd edək ki, əvvəlki bütün insan hadisələri xəstə heyvanlarla təmasda olan quşçuluq və ya süd ferması işçiləri arasında idi.

Mehman Mehdiyev
Xəbəri paylaş