Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADY-nin qatarlarında velosiped aparılmasına icazə verilirmi?

ADY-nin qatarlarında velosiped aparılmasına icazə verilirmi?


Sərnişin qatarlarında ev heyvanları ilə yanaşı bəzi yüngül nəqliyyat vasitələrinin daşınıb daşına bilmədiyi ilə bağlı müəyyən suallar ortaya çıxır. Belə suallardan biri də ondan ibarətdir ki, ADY-nin qatarlarında velosiped aparılmasına icazə verilirmi?

Newscenter.az quruma istinadən bildirir ki, ADY-nin qatarlarında velosiped aparılmasına icazə verilir.

Qurumdan bildirilib ki, qatarlarda əl yükləri üçün nəzərdə tutulmuş yerlərdə bir ədəd qatlanabilən mühərriksiz və batareyasız velosipedi çexolunda, eləcə də FLIRT markalı qatarların dördüncü vaqonunda mühərriksiz və 2 ədəd batareyasız velosipedlərin daşınması üçün nəzərdə tutulmuş yerdə açıq vəziyyətdə ödənişsiz aparmaq mümkündür.

Süleyman
Xəbəri paylaş