Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Rusiya, İran və Qərbin təsirlərini azalda biləcək

Azərbaycan Rusiya, İran və Qərbin təsirlərini azalda biləcək


Putinin Bakıya dövlət səfərindən sonra, Azərbaycanın BRICS adlı təşkilata üzv olmaq istəyi ölkənin gündəmindən düşmür. Bu təşkilat Braziliya, Rusiya, Hindistan,Çin, və Cənubi Afrika ölkəsinin birliyidir və məqsədləri ABŞ -a qarşı siyasi və iqtisadi baxımdan güclü rəqib olmaq və mücadilə aparmaqdır. Təşkilata üzv olmaq istəyində olanlar arasında İran, Misir, Səudiyyə Ərəbistanı, Ethiopiya,BƏƏ, Türkiyə, Azərbaycan və digər ölkələrin də adları var. Bu onu göstərir ki, təşkilat yaxın vaxtlarda adını və konkret mövqeyini açıqlayacaq. Sözsüz ki, təşkilat Şimali Amerika ilə yanaşı həmçinin Qərbi Avropa ölkələrinə də qarşı rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır.

Quruma rəhbərlik rotasiya qaydasında öz təsdiqini tapır və hazırda Rusiya quruma rəhbərlik edir.Bu ilin oktyabr ayının 27-də Rusiyanın Kazan şəhərində Türkiyə və Azərbaycanın da üzv olmaq üçün quruma müraciət edəcəyi gözlənilir və hər iki dövlət hələ ki, müşahidəçi qismində iştirak edəcəkləri ehtimalı var.Sözsüz ki, Azərbaycanın bu quruma daxil olması ölkəmizə əlavə olaraq böyük imkanlar tanıyacaq, ortada iqtisadi inkişaf baxımından dünyanın ən böyük ölkələri ilə əlaqələrin qurulması və inkişaf perspektivləri olaraq mühüm və vacib lahiyələri əldə etmək imkanları qazanmaq şansı olacaq. Həmçinin siyasi baxımdan da bu ölkələrin dəstəyi vacibdir , önəmlidir. Qısacası bu platformada Azərbaycanın təmsil olunması, ölkəmizə yalnız faydalı ola bilər, düşüncəsindəyəm.

Platformada təmsil olunan böyük ölkələr arasında Çinin xüsusi yeri var və Çin bölgədə strateji əhəmiyyətni artırmaqda davam edir. Sözsüz ki, Azərbaycan da Çinin əhəmiyyətindən öz çıxarları üçün istifadə edə bilər və nəinki Çin, qurumda təmsil olunan bütün ölkələrlə strateji əməkdaşlığa dair vacib addımlar atmağ imkanına malik olacaqdır.Burda nəqliyyat, kommunikasiya, ticarət və digər sahələrdə strateji əməkdaşlıqla yanaşı, həmçinin Azərbaycan geosiyasi baxımdan kürəyini söykəyə biləcək mühitin yaradılması imkanını da əldə edə bilər. Belə olan halda Azərbaycan Rusiya, İran və Qərbin təsirlərini azalda biləcək, düşüncəsindəyəm və bu səbəbdən Azərbaycan çox yaxın gələcəkdə hər kəs üçün maraqlı və vacib partnyor olma imkanı qazanacaqdır, ehtimalı meydana gəlir.

Çingiz Şahbazi, siyasi ekspert
Xəbəri paylaş