Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BAP sədri: "Konstitusiya islahatlarına ehtiyac var"

BAP sədri: "Konstitusiya islahatlarına ehtiyac var"


"Qanunverici orqanda fəaliyyətimiz dövründə əsas diqqət yetirəcəyimiz məsələlərdən biri də konstitusiya islahatları ilə bağlı olacaq".

Bu fikirləri Newscenter.az-a Böyük Azərbaycan Partiyasının (BAP) sədri, 1 sentyabr növbədənkənar parlament seçkilərində Milli Məclisin deputatı seçilmiş Elşad Musayev səsləndirib.

O bildirib ki, ölkədə konstitusiya islahatlarına ehtiyac var:

"Mən prezident seçkiləri zamanı da bu məsələyə diqqət ayırmışdım. Bundan sonra qanunverici orqanda fəaliyyətim dövründə də bu məsələyə xüsusi diqqət yetiriləcək. Eləcə də deputat kimi fəaliyyətim dövründə bir sıra məsələlər diqqət mərkəzimizdə olacaq".

Qeyd edək ki, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev 1 sentyabr 2024-cü il tarixdə ölkədə keçirilən növbədənkənar parlament seçkilərində 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Milli Məclisin deputatı seçilib.

Süleyman
Xəbəri paylaş