Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib


Cari ilin 2-4 sentyabr tarixlərində Türkiyənin Ankara şəhərində MASAK, Avropa Birliyi ƏL/TMM üzrə Qlobal Təsisat və Türkiyə Respublikasının Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə kəşfiyyat məlumatlarının sübuta çevrilməsi” mövzusunda tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, digər dövlət qurumlarının nümayəndələrinin də qatıldığı tədbirdə Baş Prokurorluğu Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru Tərlan Kərimov təmsil edib.

Tədbirdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə kəşfiyyat məlumatlarının sübuta çevrilməsi, maliyyə istintaqının həyata keçirilməsi sahəsində beynəlxalq təcrübə, maliyyə istintaqının praktiki aspektləri, maliyyə istintaqı sahəsində beynəlxalq təcrübədə geniş istifadə edilən metodologiyalar haqqında fikir mübadiləsi aparılıb.

Tədbir zamanı Tərlan Kərimov tərəfindən Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə kəşfiyyat məlumatlarının sübuta çevrilməsi təcrübəsi barədə təqdimat nümayiş etdirilib, tədbirin gündəliyində yer alan məsələlər barəsində çıxışlar edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş