
Ermənistan rəsmilərinin Azərbaycanla sülh sazişinin bəndləri üzərində oyunu müşahidə edilir. Belə ki. bu ölkənin baş naziri Nikol Paşinyanla xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyanın sazişin bəndləri ilə bağlı fərqli açıqlamaları onu deməyə əsas verir ki, İrəvanda sülh müqaviləsi ilə bağlı yekdil fikir yoxdur.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu bunları deyib:
"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, İrəvan və Bakı sülh sazişi layihəsi üzrə 16 bənddən 13-nü tam, 3-nü isə qismən razılaşdırıblar. Baş nazir Nikol Paşinyan avqustun 31-də sülh sazişinin 17 bəndindən 14-nün razılaşdırıldığını bildirmişdi. Rəqəmlərdə fərqlilik var. Bəndin biri hara gedib?"
Politoloq hesab edir ki, ya Paşinyan özündən bir bənd artırıb, ya da onun naziri sazişdən bir bəndi çıxıb:
"Real rəqəmi Azərbaycan Xarici İşlər Nazirliyi açıqlaya bilər. Hər halda razılaşdırılmayan əsas bənd Konstitusiya dəyişikliyi ilə bağlıdır".
Anar Əliyev











































