Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran riyakar siyasətini davam etdirir

İran riyakar siyasətini davam etdirir


"İran həmişəki kimi riyakar siyasətini davam etdirir. Zəngəzur dəhlizi ilə regional kommunikasiyaların açılmasına mane olmağa çalışır. İran nə etmək istədiyini özü də bilmir. Dəhlizin fəaliyyətə başlaması üçün irəli sürdüyü arqumentlərin heç bir məntiqi dayağı yoxdur".

Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki. İran qonşu ölkələrin, bu durumda Ermənistanı nəzərdə tutur, sərhədlərinin dəyişdirilməsini qırmızı xətti hesab edirsə, onda niyə 30 il Azərbaycanın sərhədləri dəyişdiriləndə səsi çıxmırdı, hətta özünü rahat hiss edirdi?

"Bundan başqa sərhəddən keçəcək nəqliyyat kommunikasiyaları hansı məntiqlə İran-Ermənistan arasında əlaqənin kəsilməsi deməkdir? Yolların bir yox, dəfələrlə kəsişdiyi infrastruktur layihələri haqda minlərlə təcrübə var və əslində, bunun söhbətini aparmaq normal təfəkkürü olan insanlar arasında absurd müzakirə hesab olunur. İran görünən odur ki, Azərbaycana qarşı olan qeyri-dost münasibətini, hətta düşmənçilik münasibətini açıq ifadə etməkdən çəkindiyi üçün gülünc bəhanələrlə səbəblər axtarır".

Azər Qasımov bildirib ki, Zəngəzur dəhlizinin açılması prosesi bu gedişlə və İranın bu fəaliyyəti ilə onun parçalanmasının başlanğıcı olacaq:

"İran açıq şəkildə Azərbaycana qarşı olan qərəzini elan edir. Hesab edirəm ki, Azərbaycan İranın bu fəaliyyətinə öz cavabını verib. Azərbaycan Zəngəzur dəhlizinin açılması məsələsinin onun üçün prioritet məsələ olmadığını elan edib. Bu, regionun digər ölkəsi olan Rusiya, eləcə də Ermənistanın özünə lazımdır. Əgər onlar və dəhlizin açılmasını istəyən Qərb Azərbaycana bunun üçün hansısa təkliflə müraciət edərsə, Azərbayca verilən təklifləri dəyərləndirə bilər. Nəticədə son sözü Azərbaycanın deyəcəyi hər kəsə bəllidir".

Süleyman
Xəbəri paylaş