Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsveç Ukraynaya hərbi yardım üçün 443,5 milyon dollar ayırır

İsveç Ukraynaya hərbi yardım üçün 443,5 milyon dollar ayırır


İsveç Ukraynaya 4,6 milyard kron (443,5 milyon dollar) məbləğində 17-ci hərbi yardım paketini ayırır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə müdafiə naziri Pol Conson məlumat verib.

Hərbi yardıma tank sursatları, Pansarbandvagn 302 zirehli transportyoru üçün kamuflyaj, PUA-lar və qış geyimləri üçün vəsait daxildir. Bundan əlavə, altı Stridsb t 90 desant hücum kateri, Robot 70 insan-portativ hava hücumundan müdafiə sistemləri (MANPADS), həmçinin qoruyucu maskalar və avadanlıqlar da tədarük ediləcək.

Dəstək paketinə həmçinin təxminən 700 milyon (67,48 milyon dollar) maliyyə yardımı daxildir.

Mehman Mehdiyev
Xəbəri paylaş