
VII çağırış Milli Məclisin payız sessiyasında sənədsiz evlərlə bağlı məsələ qaldırılacaq.
Bu barədə Newscenter.az-a Böyük Azərbaycan Partiyasının (BAP) sədri, 1 sentyabr 2024-cü ildə keçirilmiş növbədənkənar parlament seçkilərində 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Milli Məclisin deputatı seçilmiş Elşad Musayev məlumat verib. O bildirib ki, sənədsiz evlər günümüzdə ən ciddi sosial problemlərdən biridir:
"Prezident seçkiləri zamanı da əsas diqqət yetirdiyim məsələlərdən biri məhz bu idi. Odur ki, qanunverici orqandakı fəaliyyətim zamanı da bu məsələni diqqətdə saxlayacam. Sənədsiz evlərin qısa müddətdə sənədləşdirilməsinə ehtiyac var. Bu gün faktiki olaraq bu səbəbdən 4 milyon insan havadadır".
Süleyman











































