
Türkiyənin Nazirlər Kabineti prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanıb.
Newscenter.az Türkiyə Prezidentinin İnformasiya İdarəsinə istinadən bildirir ki, iclasda daxili və xarici hadisələr müzakirə olunacaq. Xarici siyasətdə əsas gündəm İsrailin Qəzzada törətdiyi soyqırım olacaq.
İclasda inflyasiyanın birrəqəmli rəqəmlərə endirilməsi üçün yol xəritəsi müzakirə olunacaq. Bundan əlavə, investisiya, məşğulluq və qiymət sabitliyi məsələləri də gündəmdə olacaq.
Türkiyə Silahlı Qüvvələri və MİT-in uğurlu antiterror əməliyyatları da iclasda müzakirə olunacaq. Terrorla mübarizə məsələsi, ölkə daxilində və sərhəddən kənarda davam edən əməliyyatlardakı son vəziyyət də ələ alınacaq.
Anar Əliyev











































