
Qazaxıstan Azərbaycan və Ermənistana danışıqlar platforması təklif etməyə hazırdır
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı deyib.
Tokayev bildirib ki, Qazaxıstan tərəfi Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması üçün gələcəkdə Almatını danışıqlar üçün təqdim etməyə hazırdır.
Öz növbəsində İlham Əliyev bildirib ki, Bakı Astana ilə ikitərəfli münasibətlərin bütün sahələrində əməkdaşlığın daha da gücləndirilməsi üçün səylər göstərmək niyyətindədir.
Söhbət dostluq şəraitində keçib.
Süleyman











































