Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokayev İlham Əliyevə zəng edib

Tokayev İlham Əliyevə zəng edib


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Kasım-Jomart Tokayev V Dünya Köçəri Oyunlarına xüsusi idman nümayəndə heyətinin göndərilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Telefopn danışıı zamanı Qazaxıstan Prezidenti strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın tempini yüksək qiymətləndirib.

Bundan başqa, Kasım-Jomart Tokayev Azərbaycanda parlament seçkilərinin uğurla keçməsi münasibətilə İlham Əliyevi təbrik edib və siyasi kampaniyanı Qazaxıstan nümayəndələrinin də izlədiyini qeyd edib.

Süleyman
Xəbəri paylaş