
Qazaxıstanda yeni dövlət şirkəti yaradılıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hökumət müvafiq qərar qəbul edib. Qərara əsasən, “Dəniz Qüvvələri” Açıq Səhmdar Cəmiyyəti təsis edilib.
Dövlətin 100 faizlik nizamnamə kapitalı ilə yaradılan qurumun əsas məqsədi Şimali Xəzərdə neft sızması zamanı operativ hərəkət etməkdir. Cəmiyyətin nizamnamə kapitalı respublika mülkiyyətindən ibarətdir.
Şirkətin qiymətləndirməsinin dəyəri 187 milyon tengedir.
Mehman Mehdiyev











































