Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngəzur dəhlizi açılacağı təqdirdə İran böyük gəlir itirəcəyindən ehtiyatlanır

Zəngəzur dəhlizi açılacağı təqdirdə İran böyük gəlir itirəcəyindən ehtiyatlanır


"İranın Zəngəzur dəhlizinə qarşı çıxması öz regional maraqlarından geri çəkilmək istəməməsi daha çox iqtisadi maraqlardan qaynaqlana bilər. İran hazırda Türkiyənin orta Asiya qitəsi arasında tranzit rolunu oynayır, Zəngəzur dəhlizi açılacağı təqdirdə İran böyük gəlir itirəcəyindən ehtiyatlanır".

Newscenter.az xəbər verir ki, bunu politoloq Vüqar Əhmədov deyib. O bildirib ki. İran Zəngəzur dəhlizinin bu regionda türk bağlarının güclənəcəyindən ehtiyat edir:

"Bu günə qədər Ermənistan dövləti hər iki tarixi imperiya-Rusiya və İran üçün bu regionda Türk dünyasının inteqrasiyasına maneə kimi mövcud olub, indi reallıq dəyişir, Rusiya Zəngəzur məsələsinə konstruktiv yanaşsa da, İranın yeni yaranacaq regional nəqliyyat qovşaqlarından kənarda qalacağını düşündüyünü ehtimal etmək olar. Hər halda İranda belə hesab edənlər Zəngəzur dəhlizinə qarşı çıxanlardır. Lakin Azərbaycanın hələ Ermənistandan əvvəl İran ərazisindən Türkiyə ilə nəqliyyat dəhlizini təklif etməsi onu göstərir ki, Azərbaycan regionda yeni regional nəqliyyat qovşaqların qurulmasını təklif edərkən bütün tərəflərin maraqlarını nəzərə alır".

Süleyman
Xəbəri paylaş