Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngəzur dəhlizinin açılması Ermənistan və Rusiya arasında problemə çevrilib

Zəngəzur dəhlizinin açılması Ermənistan və Rusiya arasında problemə çevrilib


Ermənistan hakimiyyətinin Azərbaycanla sülh müqaviləsini bağladıqdan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından dərhal çıxmasi gözlənilir. Həmçinin Rusiyanın 102 hərbi bazasını və sərhəd xidmətini ölkədən çıxaracaq.

Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ermənistan rəsmiləri Rusiyanın orbitindən çıxmaq üçün hüquqi və siyasi ortam formalaşmasını gözləyirlər:

"Türkiyə ilə ilkin şərt olmadan danışıqlar gedir, Azərbaycanla da müəyyən irəliləyişlər əldə edilib. Ona görə də erməni spiker Rusiya ilə müəyyən razılaşmalara baxacaqlarini vurğulayır".

Politoloq qeyd edib ki. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün Ermənistan hakimiyyətinin gələn il Konustitusiyada dəyişikliyə getməsi mümkündür:

"Konustitusiya dəyişikliyini referendum, konustitusiya komissiyası bu işi həyata keçirəcək. Əgər, Ermənistan 2027 -ci ilə kimi prosesi uzadarsa, bu Yerevanın əleyhinə işləyə bilər. Xüsusilə, baş nazir N. Paşinyan seçkilərə kimi Azərbaycanla sülh müqaviləsi bağlayıb, getməyi planlaşdırır".

Məhəmməd Əsədullazadə onu da vurğulayıb kl, Qərb Ermənistana Azərbaycan və Türkiyə ilə normallaşma prosesi olmadan Rusiya və İranın təsirindən çıxa bilməyəcəyini onların diqqətinə çatdırıb:

"Azərbaycan və Ermənistan tərəfindən siyasi iradə ortaya qoyulub və müsbət mesajlar verilir. Ermənistan növbəti dəfə sülh təkliflərini Azərbaycana göndərib. Məhz qarşılıqlı sülh təklifləri əsasında müqavilə hazırlanır. 17 bənddən ibarət olan sülh müqaviləsinin 13 bəndi razılaşdırılıb".

Politoloq onu da deyib ki, Zəngəzur dəhlizinin açılması isə, Ermənistan və Rusiya -arasında problemə çevrilib:

"Zəngəzur dəhlizinin açılması hazırda Azərbaycan üçün aktual deyil. Ermənistanla qarşılıqlı olaraq bu məsələ sülh müqaviləsindən sonra ikitərəfli razılaşma əsasında açılacaq. Rusiyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı hərəkətliliyi regionda geosiyasi rəqabəti qızışdırır. Görünür, Moskva Zəngəzur dəhlizini gündəmə gətirməklə regiona təsir etməyə çalışır. Prezident İlham Əliyev çevik şəkildə Azərbaycani proseslərdən uduşlu çıxaracaq".

Süleyman
Xəbəri paylaş