Bütün dünya Yaxın Şərqə baxarkən, bütün regional və bəzi dünya oyunçularının daxil olmağa hazır olduğu genişmiqyaslı müharibə ərəfəsində mən Avropaya diqqət yetirmək istərdim. Makronun son açıqlamaları fonunda Bloomberg-in ABŞ-ın Avropadan çıxması ilə bağlı məqaləsini xatırlatmaq istərdim. Artıq Avropanın yenidən nizamlanması prosesi başlayıb. Burada isə əsas oyunçular London, Vatikan və Moskvadır. VATİKAN Ukraynanı Fransa və İsveçrə əli ilə masaya oturmağa məcbur edir. Ən son Vatikanın qolları Fransa və İsveçrənin Çin və Braziliyanın sülh formatını dəstəkləyirik açıqlaması Kiyev hökümətini belə çaş-baş saldı. Zatən Yezuit Ordeninin üzvü olan Papa Fransis Ağ Bayraq qaldırmaq məsələsini Ukraynaya çatdırmışdı.
Makronun son açıqlaması təsadüfi deyil, çünki Papa taxt-taca oturar-oturmaz Vatikanın silahlı gücü sayılan Malta Ordenini təpədən aşağı Anglo-Sakslardan təmizləməyə başlamışdı. Vatikan üçün Yaxın Şərqdə də vəziyyət ürəkaçan deyil. Çünki əsrlərdir qədim müttəfiq İranın ətrafında baş verənlər, Livana hücumlar (Livan Fransanın müstəmləkəsidir/yəni VATİKANIN) kilsəni sərt addımlar atmağa və açıq oynamağa məcbur edir. London Kanada vasitəsilə Baltikyanı və Finlandiyanı Rusiya Federasiyası ilə qarşıdurmaya təhrik etməyə başlayır. Vatikan isə Moskva ilə dialoqa hazırlaşır. Avropada baş verən hadisələr Yaxın Şərqdə baş verəcək hadisələrdən az əhəmiyyət kəsb etməyəcək......
Vatikan Venesuela diktatoru Maduronu qanadları altına alaraq Latın Amerikasında gücünü qorudu. Kilsə eyni zamanda Sakit Okean regionunada da iddialı giriş edib. Anglo-Sakslar üçün gələcək ticarət, texnologiya və resurs savaşı bu bölgədə olacağı üçün, əzəli rəqibin bura yönəlməsi tam normaldır. Papanın 3 həftə öncə İndoneziyaya səfəri və burada birlik, bərabərlik və HARMONİYA mesajı verməsi, Evangelizasiya Departamenti ilə bu yaxınlarda keçirdiyi görüşdə qeyd etdiyi mədəniyyətin təbliği və İncilin aşılanması, şübhəsiz ki, İndoneziyada mədəniyyətlə dialoq və dinlərarası ünsiyyət Roma kilsəsi üçün prioritetdir.
Pərviz Əliyev, politoloq