Türkiyədə terroru kim sifariş edib?
Əsl həqiqət tam üzə çıxarılmalıdır!
Türkiyədə, Ankaranın Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) terrorda ölən sayı beşə çatıb, 22 nəfər yaralanıb... Keçmiş olsun!
Hücum edənlərin Kürdüstan Fəhlə Partiyasının (PKK) təşkili ilə: 1 kişi, 1 qadın) olduğu bildirilir.
Təəccüb doğuran odur ki, xüsusi nəzarətdə və diqqətdə qorunan çox mühüm və məxfi dövlət obyektinə 2 nəfər kişi və qadın basqını ilə belə çox dağıntı və tələfatlı nəticə alınıb! Hadisə axı hansısa festival, ictimai mitinqdə baş verməyib. Ya terrorçu sayı çox olub, ya mühafizə boşluğu.
Bu terror aktı tam və nəticəli araşdırılmalıdır ki, bu suallara cavab tapılsın: İcraçı və təşkilatçısı kürd PKK-sı olduğu artıq məlum olan terrorun sifarişçiləri kimdi? Türkiyəyə düşmən olan ölkə ya mərkəzmi, yoxsa o ölkəmi-özünü Türkiyəyə dost kimi göstərib, terroru etdirib, özü rəqabət etdiyi başqa ölkə ya ölkələr Bloku üstünə yıxıb, Türkiyə ilə həmin o Blok arasını vurmaq istəyir?
Özü də ki, NATO üzvü Türkiyənin prezidenti, T. Ərdoğanı BRİKS toplantısına dəvət etdiyi vaxt.
İlqar Altay