Gürcüstan prezidenti S. Zurabaşvili seçkinin nəticələrini tanımadığını deyib və xalqı etirazlara çağırıb. ABŞ da seçkiyə şübhə ilə yanaşdığını və saxtakarlıq olduğunu elan etdi. Demək olar ki, müxalifətin liderliyində prezident S. Zurabaşvili durur. Vahid Milli Hərəkat partiyasi və digər müxalif partiyalar etiraz aksiyalarına başlayacaq. Bu etiraz aksiyaları sadəcə hökumətə təzyiq olaraq Avropa İttifaqı ilə əldə olunan razılaşmaları bir müddət davam etməsinə gətirib çıxaracaq. Amma, Gürcüstan da inqilab gözlənilmir.
Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, hakim Gurcu Arzusu partiyası parlamentdə növbəti prezident seçkisində Qərbə bağlı olmayan və hökumətdən tam asılı birini seçəcək:
"Çünki indiyə kimi Gürcü Arzusu partiyasınin seçdiyi prezident özlərinə qarşı müxalifətə keçib.
ABŞ və Avropa İttifaqı növbəti etiraz aksiyalarına dəstək verəcək. Amma, Gürcüstan xalqının vahid şəkildə qəbul etdiyi müxalifət lideri olmadığı üçün proses sönük şəkildə davam edəcək. Gürcüstanda yeni hakimiyyət dəyişikliyi üçün Qərb ikinci Saakaşvili kimi lider yetişdirməlidir. Ümumiyyətlə, Cənubi Qafqaz dövlətlərində xalqlar ideoloji olaraq deyil, vahid lider ətrafında birləşməyə üstünlük veriblər".
Anar Əliyev