Daimi oturmaq, oturaq işlə məşöul olmaq ürək sağlamlığına təsir göstərir.
Newscenter.az xəbər verir ki, alimlərin araşdırmalarına əsasən belə qənaətə gəlinib.
Araşdırma, gündə 10 saat və ya daha çox oturaq qalmağın, hətta müntəzəm idman edənlərdə belə ürək çatışmazlığı riskini artıra biləcəyi barədə xəbərdarlıq edir.
ABŞ-ın Massachusetts General Hospitalında aparılan yeni araşdırmaya görə, oturaq vaxtın müddəti ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırır. Həftədə 150 dəqiqə orta və ya güclü fiziki fəaliyyət tövsiyə edilsə də, hərəkətsizliyin ürək sağlamlığına təsiri çox vaxt diqqətdən kənarda qalır.
Nərgiz Əzizova