Rusiya Federasiyasının prezidenti V.Putinin Bakı-Qroznu marşrutu üzrə hərəkət edən AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı azərbaycanlı həmkarı İ.Əliyevə zəng edərək üzr istəməsi cəmiyyətlə dövlətin birlikdə göstərdiyi gücün çox şeylərə qadir olduğunun daha bir isbatı idi.
Lakin Rusiya tərəfinin yaydığı məlumatda Putinin "Faciənin Rusiya səmasında baş verdiyi üçün üzrxahlığı qəzanın miqyasına və törədilməsinə adekvat olmamaqla yanaşı məsuliyyətdən qaçmaq cəhdidir".
Bu fikirləri AMİP liderinin köməkçisi, Siyasi Şura üzvü Əli Orucov Nevscentr.az-ın sualına cavab olaraq deyib.
Partiya yetkilisi daha sonra deyib: "AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya hava məkanında HHM sistemləri tərəfindən vurulduğu faktı ortadadır. Bütün dünya da təsdiq edir ki, cinayət əməli törədilib. Vurulan təyyarənin qəzalı vəziyyətdə Rusiyanın heç bir hava limanına buraxılmaması, onlarla insanı bilərəkdən ölümə göndərilməsi düşmənçilikdir. Halbuki hər iki ölkə özlərini ən yaxın müttəfiq, qonşu və dost adlandırır. Dost və müttəfiq bu cür davranmaz və xəyanət etməz. Məncə, Azərbaycan Putinin "üzürxahlığı" ilə kifayətlənməməli, hadisənin bütün təfərrüatları aydınlaşdırılmalı və mülki təyyarənin hədəfə alınmasına, təzminat ödənilməsi və cəzalandırma da daxil olmaqla beynəlxalq hüququn verdiyi imkanlarddan istifafə etməlidir. Moskva Azərbaycanın qətiyyətini və prinsipiallığını görməlidir. Əks halda qəzada həlak olanların qanı yerdə qalacaq deyə düşünürəm".
Əli Orucov onu da vurğulayıb ki, qəzada özünü cəsur, peşəkar və təmkinli göstərən təyyarənin bütün ekipaj üzvlərinə prezident tərəfindən yüksək dövlət təltiflərinin verilməsini cəmiyyət rəğbətlə qarşılayar.
Süleyman