Çin'in Tibet vilayətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb.
Newscenter.az Sinxua agentliyinə istinadən istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 38 nəfər yaralanıb.
Bundan əvvəl Çin Mərkəzi Televiziyası azı 9 nəfərin öldüyünü bildirmişdi.
Təbii fəlakət bir çox binanın dağılmasına səbəb olub. Səlahiyyətlilər axtarış-xilasetmə işlərini təşkil ediblər. Təbii fəlakət zonasında əhalinin təxliyyəsinə başlanılıb.
Mehman Mehdiyev