Pakistana təyyarə uçuşları ləğv edilib.
Newscenter.az Röyters-ə istinadən xəbər verir ki, buna səbəb kəskin duman olmasıdır. Kəskin duman səbəbindən görünmə 50 metrdən aşağı düşüb.
Nəticədə hava və quru nəqliyyatı kəsilib. Səlahiyyətlilər əhalini zərurət olmadıqca səyahət etməməyə və hərəkət məhdudiyyətlərinə əməl etməyə çağırıb
Ən ciddi problem Pakistanın Pəncab əyalətində və Lahorda qeydə alınıb.
Polis sürücülərə sürəti artırmamaq və duman əleyhinə işıqları yandırmaq barədə xəbərdarlıq edib.
Mehman Mehdiyev