Yaponiyada quş qripi geniş şəkildə yayılmağa başlayıb.
Newscenter.az Röyters-ə istinadən xəbər verir ki, Yaponiya hakimiyyəti şimal İvate prefekturasındakı quşçuluq fermasında quş qripi epidemiyası təsdiqləndikdən sonra daha 50 min toyuğu məhv etməyə başlayıb.
Yaponiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu, cari mövsümdə ölkədə yüksək patogenli quş qripinin 19-cu epidemiyasıdır.
Məlumata görə, mövsümün əvvəlindən 11 əyalətdə təxminən 1,7 milyon quş məhv edilib.
Bundan əlavə, əyalətdə 10 km-lik müşahidə zonası yaradılıb və yaxınlıqda təxminən 3,8 milyon quşun hərəkəti məhdudlaşdırılıb.
Mehman Mehdiyev