Ötən il Azərbaycanda qanunvericiliyin tələblərini pozan şəxslərdən 33,5 kiloqramdan çox qızıl-zinət əşyaları aşkar edilib.
Bu barədə Newscenter.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ildə həyata keçirilmiş tədbirlər nəticəsində gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycanın gömrük sərhədindən keçirilməsi üzərində valyuta nəzarətini həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 523 907 ABŞ dolları, 11 560 900 rus rublu, 15 000 funt sterlinq aşkarlanıb.
Eləcə də bu tədbirlər nəticəsində 33,5 kiloqramdan çox qızıl zinət əşyaları və külçə, 2 739 ədəd gümüş zinət əşyaları və gümüş külçələr və 575,989 karat qiymətli daşlar aşkar olunub.
Mehman Mehdiyev