Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan və ABŞ strateji tərəfdaşlıq sənədini imzalayacaqlar

Ermənistan və ABŞ strateji tərəfdaşlıq sənədini imzalayacaqlar



Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Antoni Blinken bu gün axşam Vaşinqtonda strateji tərəfdaşlıq sənədini imzalayacaqlar.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Sənəd A.Mirzoyanın ABŞ-a səfəri zamanı imzalanacaq.

"Ermənistanın XİN başçısı Ararat Mirzoyan yanvarın 14-15-də Vaşinqtonda işgüzar səfərdə olacaq. A.Mirzoyan amerikalı həmkarları, o cümlədən ABŞ dövlət katibi Antoni Blinkenlə görüşlər planlaşdırılır", - Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan sosial şəbəkələrdə yazıb.
Xəbəri paylaş