Qazaxıstan Milli Təhlükəsizlik Xidməti Almatı, Aktobe və Jambil vilayətlərində əməliyyat həyata keçirib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, əməliyyat zamanı telekommunikasiya şəbəkələrindən istifadə etməklə terrorizmin təbliğində şübhəli bilinərək 3 nəfər həbs edilib.
İki təqsirləndirilən şəxs əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma, quldurluq, qanunsuz olaraq narkotik vasitələri saxlama maddələri ilə məhkum olunublar.
Digəri isə əvvəllər xarici yaraqlıların düşərgələrində təlim keçib və təyinatla Qazaxıstana qayıdıb.
Mehman Mehdiyev