"Hər kəs bölgədən əlini çəksin. Biz suriyalı qardaşlarımızla bu ölkədə sabitliyi bərpa edib Suriyanı yenidən quracağıq".
Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. Türkiyə lideri deyib ki, illərlə Suriyada insan ölümü, nahaq qanların tökülməsinə, Suriyanın terror yuvasına çevrilməsinə göz yumanlar indi Türkiyənin bu ölkədə nə işi var deyirlər:
"Türkiyə Suriyada sabitlik yaratmaq, terrorun kökünü kəsmək üçün ordadır. İnşallah, suriyalı qardaşlarımızla bu ölkədə İŞİD, PKK və digər terror təşkilatlarının kökünü kəsəcəyik".
Anar Əliyev